Bu kriptovalyuta birjası da işçilərini ixtisar etməyə hazırlaşır | Banco.az

Bu kriptovalyuta birjası da işçilərini ixtisar etməyə hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünyanın ən yaxşı 10 kriptovalyuta birjasından biri olan “Bybit” işçilərinin bir qismini ixtisar edəcək.

Banco.az xəbər verir ki, “Bybit”in baş icraçı direktoru Ben Zou şirkət işçilərinin 30 faizinin ixtisar ediləcəyini, eyni zamanda əsas prioritetlərinin əməliyyatlara mənfi təsir göstərməmək və müştəri aktivlərini təhlükəsiz saxlamaq olduğunu bildirib.

O həmçinin kriptovalyuta qiymətlərindəki eniş tendensiyasını da nəzərə alaraq iflas etmiş “BlockFi”, o cümlədən hazırda bu risklə üzləşən “Genesis” kimi birjaların həm sektor, həm də bazar nöqteyi-nəzərindən dəyərləndirdiklərindən daha sərt qış keçirəcəklərini vurğulayıb.

Xatırladaq ki, kriptovalyuta bazarında qiymətlərin ucuzlaşması və şirkətlərin çətin günlərdən keçməsi onları bir-birinin ardınca ixtisar qərarı verməyə vadar edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et