Bu iş adamı İlon Maskı geridə qoydu | Banco.az

Bu iş adamı İlon Maskı geridə qoydu

Tamara Mustafayeva, Banco.az

Hindistanın ən varlı iş adamı olan Mukeş Ambani öz sərvəti ilə Tesla və SpaceX şirkətlərinin sahibi İlon Mask və Google şirkətinin təsisçilərini geridə qoyub.

Hindistanlı milyarder Mukeş Ambani Tesla və SpaceX şirkətlərinin sahibi İlon Maskı geridə qoyaraq dünyanın ən varlı 6-cı insanı seçilib.

Banco.az "Blomberg" agentliyinin Milyarderlər İndeksinə (BBI) əsasən bildirir ki, şəxsi sərvəti 72.4 milyard dollara çatan Ambani Google şirkətinin təsisçiləri Larri Peyc ve Sergey Brini də geridə qoyub.

BBI hesabatına görə, ABŞ-ın texnologiya şirkətlərinin səhmlərinin ucuzlaşmasından sonra Peycin sərvəti 71.6 milyard dollara, Brinin sərvəti 69.4 milyard dollara, Maskın sərvəti isə 68.6 milyard dollara düşüb.

Qeyd edək ki, Hindistanın ən varlı insanı olan Mukeş Ambaninin sərvətindəki bu artımın əsas səbəbi kimi sahibi olduğu "Reliance Industries" şirkətinin e-ticarət yatırımlarına daha çox diqqət ayırması göstərilir.

Dünyanın əhali sayına görə ikinci ölkəsi olan Hindistan Silikon Vadisinin də diqqətini çəkir. Belə ki, Google şirkəti bazar ertəsi etdiyi açıqlamada Hindistanın rəqəmsal texnologiya şirkətlərinə 10 milyard dollar sərmayə qoyacağını bildirmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Ən çox qazanan CEO-lar məlum oldu

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et