Bu ilin I yarısında qeyri-rezidentlər Azərbaycanda 32 elektron imza alıb | Banco.az

Bu ilin I yarısında qeyri-rezidentlər Azərbaycanda 32 elektron imza alıb

Bu ilin I yarısında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) 20 376 ədəd elektron imza sertifikatını istifadəyə verib. 

Bunun 13 484-ü dövlət qurumlarına, 4 458-i hüquqi və fiziki şəxslərə, 2 402-si vətəndaşlara, 32-si isə qeyri-rezidentlərə məxsus olub. 

Ümumilikdə isə, MHM-in Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən istifadəyə verildiyi gündən bu il iyulun 1-nə qədər 187 314 elektron imza sertifikatı əldə olunub. Onlardan 104 802-si dövlət qurumlarına, 46 034-ü hüquqi və fiziki (sahibkarlar) şəxslərə, 36 478-i vətəndaşlara təqdim edilib.

Elektron imza istifadəçilərinin sayının artması aparılan əməliyyatların sayının artmasına da təsir göstərir. Son bir ildə dövlət qurumları 8 992 379, hüquqi və fiziki şəxslər 1 645 574, vətəndaşlar isə 37 340 olmaqla, ümumilikdə, 10 675 293 autentifikasiya və e-imza əməliyyatı aparıb. Təkcə 2019-cu ilin II rübündə aparılan əməliyyatların ümumi sayı 3 973 472 olub. Onlardan dövlət qurumlarının payına toplam olaraq 3 507 322, hüquqi və fiziki şəxslərin payına toplam 453 930, vətəndaşların payına isə toplam 12 220 autentifikasiya və elektron imza əməliyyatı düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, e-imza virtual məkanda şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Mövcud qanunvericiliyə əsasən, elektron imza ilə imzalanan elektron sənədlər əl imzası ilə imzalanan və möhürlənən sənədlərə bərabər tutulur. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et