Bu ilin 9 ayı ərzində idxal mallarının tərkibində idxal rüsumu üzrə azadolmaların xüsusi çəkisi 66,9 faiz təşkil edib | Banco.az

Bu ilin 9 ayı ərzində idxal mallarının tərkibində idxal rüsumu üzrə azadolmaların xüsusi çəkisi 66,9 faiz təşkil edib

"Azad ticarət" və "Hasilatın pay bölgüsü" haqqında sazişlərə, "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" Nazirlər Kabinetinin 22 aprel 1998-ci il tarixli 91 saylı qərarına, 13 iyun 2013-cü il tarixli 687-İVQ saylı "Gömrük tarifi haqqında" Qanununa, Vergi Məcəlləsinin 164-cü maddəsinə, "İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2016-cı il tarixli 745 saylı Fərmanına uyğun olaraq qeyri-neft sektorunun inkişafının genişləndirilməsi, eyni zamanda digər prioritet sahələrin təşviq olunması məqsədilə 2019-cu ilin ilk 9 ayı ərzində idxal mallarının tərkibində tətbiq olunan idxal rüsumu üzrə azadolmaların xüsusi çəkisi 66,9 faiz, əlavə dəyər vergisi üzrə azadolmaların xüsusi çəkisi isə 39,28 faiz təşkil edir". Bu fikirlər Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabova məxsusdur. M.Vahabov mətbuata açıqlamasında bildirib ki, vergi və gömrük sahəsində qanunvericiliklə müəyyən edilmiş güzəştlərin büdcə gəlirlərinə və sahibkarlıq subyektlərinin fəaliyyətinə təsirinin qiymətləndirilməsi istiqamətində fəaliyyət davam etdirilir: "Azərbaycan Prezidentinin 28.06.2018-ci il tarixli 260 saylı Sərəncamı ilə təsdiq edilmiş "İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı"nın 1.5-ci bəndinə uyğun olaraq vergi və gömrük sahəsində qanunvericiliklə müəyyən edilmiş güzəştlərin büdcə gəlirlərinə və sahibkarlıq subyektlərinin fəaliyyətinə təsirinin qiymətləndirilməsi məqsədilə "Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları" Dövlət Gömrük Komitəsinin iştirakı ilə müvafiq mərkəzi icra orqanında hazırlanır. Həmçinin, idxal-ixrac əməliyyatlarında gömrük rüsumlarından azadolma halları barədə məlumatlara dair mərkəzləşdirilmiş reyestrin yaradılması və aidiyyəti qurumların həmin məlumatlara çıxışının təmin edilməsi istiqamətində müvafiq işlər görülür".

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et