Bu ilin 8 ayında Azexport.az portalına 399 milyon ABŞ dolları dəyərində ixrac sifarişi daxil olub | Banco.az

Bu ilin 8 ayında Azexport.az portalına 399 milyon ABŞ dolları dəyərində ixrac sifarişi daxil olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin sentyabr sayı təqdim olunub. İcmalın bu sayında göstərilir ki, 2019-cu ilin yanvar-avqust ayları ərzində ölkəmizin ixracı 13,5 milyard ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 633 milyon ABŞ dolları və ya 5 faiz  artıb. Bu müddətdə qeyri-neft sektoru üzrə 1 milyard 277milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 8 ayındaqeyri-neft sektoru üzrə ixrac 184 milyon ABŞ dolları və ya 17 faiz artıb. Bu ilin yanvar-avqust ayları ərzindəRusiyaya 427,1milyon, Türkiyəyə 278,6milyon, İsveçrəyə 111,5milyon, Gürcüstana 110,4milyon və İtaliyaya 33,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 8 ayında Rusiyaya qeyri-neft ixracı 14 faiz, Türkiyəyə 12 faiz,  İsveçrəyə 21 faiz, Gürcüstana 25faiz və İtaliyaya 2,4 dəfə artıb. Eyni zamanda qeyri-neft sektoru üzrə ixracın dəyərində Rusiyaya (33,4 faiz), Türkiyəyə (21,8 faiz), İsveçrəyə (8,7 faiz), Gürcüstana (8,7 faiz) və İtaliyaya (2,6 faiz) göndərilən malların payı üstünlük təşkil edib.

2019-cu ilin yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (141,5 milyon ABŞ dolları) liderliyini qoruyub. Bu siyahıdaqızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda –107,7 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı  (85,1 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb. 

Ümumiyyətlə, 2019-cu ilin 8 ayı ərzində meyvə-tərəvəz ixracı 361,7milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 136,8milyon, pambıq lifi ixracı 86,2 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 81,3 milyon,  kimya sənayesi məhsullarının ixracı 68,5milyon, elektrik enerjisinin ixracı 58,4 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 41,4 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 18,9milyon, pambıq ipliyi ixracı 20,2milyon, şəkər ixracı20,1milyon  ABŞ dolları təşkil edib. 

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 2 dəfə,  kimya sənayesi məhsullarının ixracı 68,7 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 51,3 faiz, pambıq lifinin ixracı 49,4 faiz, pambıq ipliyinin ixracı 40,3 faiz, şəkərixracı 15,5 faiz, meyvə-tərəvəzin ixracı 14,5 faiz artıb.

2019-cu ilin avqustayında isə qeyri-neft sektoru üzrə ixrac 144,4 milyon ABŞ dolları təşkil etmişdir. 2018-ci ilin avqust ayı ilə müqayisədə 2019-cu ilin avqust ayında qeyri-neft sektoru üzrə ixrac 19 milyon ABŞ dolları və ya 15 faiz  artıb. Bu ilin avqust ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya(31,2milyon ABŞ dolları), Türkiyəyə (27,4  milyon ABŞ dolları), İsveçrəyə (23,2 milyonABŞ dolları), Gürcüstana (10,3milyon ABŞ dolları) və Çinə (6,4 milyonABŞ dolları)  ixrac edilib.

2019-cu ilin avqust ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 22,7 milyon ABŞ dolları) birinci, emal olunmamış aşqarlanmamış alüminium (11,6 milyon ABŞ dolları)  ikinci, metanol (9,6 milyon ABŞ dolları)  üçüncü olub.

“İxrac İcmalı”nın sentyabr sayında  qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. Bu ilin yanvar-avqust ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərbaycan İnterneyşnlMayninqKompaniLimitedŞirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “SocarPolymer” MMC, "MKT İstehsalat Kommersiya" MMC, "NineClimate" MMC,  "GlobalExportFruits" MMC, "BakuSteelCompany", “SunFood" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi " MMC, "Caspian enerji-2020" MMC,  "P-Aqro" MMC..

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azəralüminium" MMC, "Azərenerji" ATSC, "Azergold" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, “CTS-Agro” MMC,  "Azərikimya" İB, "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC, “Azəripək” MMC..

Ən sərfəli kredit üçün müraciət et

“İxrac İcmalı”nda xidmət ixracı ilə bağlı məlumat verilib ki, 2019-cu ilin yanvar-avqust aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 23 ölkəsinə 28 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib. 2019-cu ilin avqust ayında isə “Azərkosmos” ASC dünyanın 18 ölkəsinə 2,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib. “Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar-avqust aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, Birləşmiş Krallıq, Malayziya, BƏƏ-dir.

2019-cu ilin yanvar-avqust aylarında  Azərbaycana dünyanın 190 ölkəsindən 2138,7 min və ya 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 8,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.Bu ilin avqust ayında ölkəmizə gələn xarici vətəndaşların sayı 13,2 faiz  artıb və onların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 137,4milyon manat təşkil edib. Ümumilikdə isə 2019-cu ilin yanvar-avqust ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri  862,9 milyon manat təşkil edib.

“İxrac İcmalı”nda 2019-cu ilin yanvar-avqust ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2019-cu ilin yanvar-avqust aylarında Azexport.az portalına 399,3  milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında ixrac sifarişləri 8,8 faiz  artıb. 2019-cu ilin avqust ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 52,7milyon ABŞ dolları təşkil etmiş və ötən ilin avqust ayı ilə müqayisədə 2,3 faizlik artım qeydə alınıb. 2019-cu  ilin yanvar-avqust aylarında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya(11,4%), Türkiyə (5,8%), ABŞ (5,8%), Hindistan (5,5%)  və  İngiltərə (5,2%) qərarlaşıb.

Bu ilin avqust ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq məhsulları, tütün, şərab, toyuq əti, yumurta, soğan, meyvə şirəsi, qənnadı məhsulları, tikinti materialı, xiyar, çay, qurudulmuş meyvə, zəfəran, bal, meyvə tamlı süd, qablaşdırılmış mineral su, mühərrik yağı, mebel dəsti, gül və s. mallara daxil olub.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 avqust tarixinə kimi (32 ay ərzində) Azexport.az portalına dünyanın 136 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 388 milyon ABŞ dolları təşkil edib.

 “İxrac İcmalı”nda göstərilib ki, bu ilin sentyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 7,7 milyon ABŞ dolları olub. 2019-cu ilin yanvar-sentyabr ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 99,4  milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.

Yuxarıda qeyd edilənlərlə yanaşı “İxrac İcmalı”nın sentyabr sayında 09 oktyabr tarixində keçirilməsi planlaşdırılanAzərbaycanın Rəqəmsal Ticarət Qovşağının üçüncü beynəlxalq forumu, WorldfoodMoscow 2019” sərgisində Azərbaycan məhsullarının nümayiş olunması və s. məsələlər barədə də məlumatlar verilib.

 “İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.“İxrac İcmalı” ilə www.iqtisadiislahat.org saytının İcmallar bölümündə tanış olmaq mümkündür.

Ən sərfəli krediti almaq üçün müraciət et