Bu ilin 4 ayında əhali geyimə nə qədər pul xərcləyib? | Banco.az

Bu ilin 4 ayında əhali geyimə nə qədər pul xərcləyib?

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən toxuculuq məhsulları, geyim və ayaqqabılar 2 milyard 278 milyon manat xərclənib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 4,9% çoxdur. 

Qeyd edək ki, ötən 4 ayda alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 13,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabılar alınmasına sərf olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram