Bu il xaricə səfər edən vətəndaşların sığorta daxilolmaları azalıb | Banco.az

Bu il xaricə səfər edən vətəndaşların sığorta daxilolmaları azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin ilk 7 ayında Azərbaycandan xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 3 milyon 314 min manat təşkil edib.

Banco.az Mərkəzi Banka (AMB) istinadən xəbər verir, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10.9% və ya 407 min manat azdır. 

Eyni dövrdə xaricə səfər edən vətəndaşların sığorta ödənişləri isə 151 min manat təşkil edib.

Qeyd edək ki, 2023-ci ilin yanvar-iyul aylarında bu növ üzrə yığımların məbləği 3 milyon 721 min manat, ödənişlərin məbləği isə 151.8 min manata bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram