Ümumi Daxili Məhsul (Gross Domestic Product) - verilmiş zaman müddətində ölkə daxilində istehsal olunan əmtəə və xidmətlərin bazar dəyəridir .
ÜDM, xüsusi zaman intervalı müddətində istehsal olunan mal və xidmətlər daxildir. Keçmişdə istehsal edilən məhsullara aid sövdələşmələr ÜDM-də əks olunmur. Adətən bu interval il və ya rüblərdir.
Nominal ÜDM – hesablamada istehsal edilən məhsulların aktual bazar qiyməti götürülür. Bu səbəbdən nominal ÜDM məhsulun qiymət dəyişikliklərindən asılıdır – yəni inflyasiya (deflyasiya) nəticəsində məhsulun qiyməti qalxdıqda(düşdükdə) nominal ÜDM da qalxır(düşür).
Məhsulun qiymətindən asılılığı aradan qaldırmaq və səhv yanaşmadan yayınmaq üçün real ÜDM hesablanır. Real ÜDM-da qiymət dəyişiklikləri nəzərə alınır. Bunun üçün bir il əsas götürülməli və növbəti illərdə əsas götürülmüş ilin qiymətləri tətbiq edilməlidir.
Banco.az statistik məlumatlara əsaslanaraq xəbər verir ki, 2016-cı il üçün dövlətlərin ÜDM həcmi artıq proqnozlaşdırılmışdır.
30 iyun 2016-cı il məlumatlarına əsasən sözügedən ildə Azərbaycanın və qonşu dövlətlərin ÜDM həcmi və onun artım tempi aşağıdakı kimi olacaqdır:
| Ölkə | ÜDM həcmi (milyard dollar) | ÜDM artımı | 
| Rusiya | 1 132.74 | -1.849% | 
| Türkiyə | 751.186 | 3.8% | 
| İran | 386.12 | 3.957% | 
| Azərbaycan | 35.141 | -2.991% | 
| Gürcüstan | 13.942 | 2.457% | 
| Ermənistan | 10.774 | 1.886% | 
Proqnozlaşdırılan məlumatlara əsasən, Rusiya və Azərbaycanın ÜDM həcmində azalma gözlənilir.
Digər qonşu dövlətlərdə isə ÜDM göstəricisində artım qeydə alınacaq.
Həmçinin bax: Ölkələrin işsizlik dərəcəsi nə qədərdir?

 
                        
                        
                        
                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                    