“Bu il Azərbaycanın sənaye məhəllələrində 15 müəssisə fəaliyyətə başlayacaq"
Bunu "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" mövzusunda tədbirdə İqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
"Azərbaycanın sənaye məhəllələrində qeydiyyatdan keçmiş 36 iştirakçının hesabına ümumilikdə 140 milyon manata yaxın investisiya yatırılması, 2 minə qədər yeni iş yerinin yaradılması nəzərdə tutulur. Artıq sənaye məhəllələrində 21 müəssisə istehsal fəaliyyətinə başlayıb, bu il daha 15 müəssisə fəaliyyətə başlayacaq", - deyə o, qeyd edib.
Report.az