Bu ilin ötən dövrü ərzində 521 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 40,6 mln. manat güzəştli kredit yönəldilib.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) istinadən xəbər verilir ki, bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 1 500-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.
Qeyd edək ki, 2017-ci ildə dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna 70 milyon manat vəsait nəzərdə tutulub.
Mənbə: Oxu.az