Bu il sahibkarlara verilən güzəştli kreditlərin həcmi 105 milyon manatı ötüb | Banco.az

Bu il sahibkarlara verilən güzəştli kreditlərin həcmi 105 milyon manatı ötüb

Bu il sahibkarlara verilən güzəştli kreditlərin həcmi 105 milyon manatı keçib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

"Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin yanvar-oktyabr aylarında 2.195 investisiya layihəsinin maliyyələşdirilməsinə 105,6 mln. manat güzəştli kredit ayrılıb", - deyə nazir qeyd edib.

M.Cabbarovun sözlərinə görə, güzəştli kreditlərin layihə sayı üzrə 99,9%-i, kredit məbləği üzrə isə 98,1%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram