Bu il qlobal iqtisadiyyat 5,7% böyüyə bilər | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bu il qlobal iqtisadiyyat 5,7% böyüyə bilər

Qlobal iqtisadi artımın tempi bu il 5,7%-ə çata bilər, lakin 2025-ci ilədək 3%-ə qədər yavaşlama ehtimalı var.

Bu barədə "IHS Markit" analitik şirkətinin icraçı direktoru Sara Conson öz proqnozunda bildirib.

2022-ci ildə qlobal ÜDM istehsalının 4,5%-ə çatacağını gözləyən S.Conson bildirib ki, artımın əsas drayverləri istehlak xərclərinin və biznes investisiyalarının əhəmiyyətli bərpası olacaq.

Qeyd edilir ki, proqnozlara görə, 2025-ci ilədək böyümə tempinin 3%-ə qədər yavaşlamasına baxmayaraq, bu göstərici COVID-19 böhranından əvvəlki dövrdə (2019-cu il) qeydə alınan artımdan (2,7%) daha yaxşı olacaq.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram