"Bu il POS-terminallarla edilən ödənişlərin 27%-i ağıllı cihazların payına düşüb" | Banco.az

"Bu il POS-terminallarla edilən ödənişlərin 27%-i ağıllı cihazların payına düşüb"

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Bu ilin 10 ayında ölkədə post terminallar vasitəsilə edilən ödənişlərin 27 faizi ağıllı cihazlar vasitəsilə həyata keçirilib".

Banco.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankın (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi Rəşad Qasımov "Ödənişlərin təhlükəsizliyi və kibertəhlükəsizlik" mövzusundakı təlimdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, rəqəmsal ödənişlərdən istifadə artdıqca dələduzların bu sahəyə marağı artır: "Hazırda Mərkəzi Bankda rəqəmsal ödənişlər sahəsində dələduzluq halları ilə mübarizə məqsədilə İşçi Qrup fəaliyyət göstərir".

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et