Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin avqust ayında Azərbaycana idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 101 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 114,6 faiz, 2023-cü ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 117,6 faiz təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilib.
Məlumata görə, 2023-cü ilin sentyabr ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 404,35 manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!