Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin yanvar-avqust ayları ərzində 165 ədəd avtobus idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal edilən avtobusların dəyəri illik müqayisədə 2,6 dəfə artıb.
Belə ki, 165 ədəd avtobusa görə ölkədən 14 milyon 395 min ABŞ dolları valyuta çıxıb. 2023-cü ilin eyni dövründə bu göstərici 5,5 milyon ABŞ dolları dəyərində idi.
Qeyd edək ki, bu ilin 8 ayında ölkəyə gətirilən avtobuslar say etibarı ilə ötən ilin eyni dövrünə nisbətdə 84 ədəd artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!