Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-aprel ayında Azərbaycana 287 milyon 958 min dollar dəyərində 14 min 336 ədəd hibrid avtomobil idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, illik müqayisədə idxal edilən hibrid avtomobillərin dəyəri 78% və ya 126 milyon 188 min dollar, sayı isə 9 min 225 ədəd və ya 2,8 dəfə artıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycana idxal edilən hibrid avtomobillərin sayı 5 111, dəyəri isə 161,8 milyon dollara dəyərində olub.
Bizi sosial şəbəkələrdən izləyin!!