Bu il ölkədə neft məhsullarının ixracı 15 faiz artıb | Banco.az

Bu il ölkədə neft məhsullarının ixracı 15 faiz artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 809,7 min ton həcmində neft məhsulları ixrac edib.

Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verilən xəbərə görə, bu həcmdə məhsulun dəyəri 224,2 mln ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 14,35% çox, dəyəri isə 35,18% azdır.

Bu ilin yanvar-sentyabr aylarında neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,12% olub.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et