Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-mart aylarında Kiprin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 181 milyon 82 min dollara bərabər olub.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,7% və ya 10 milyon 928 min dollar azdır.
Hesabat dövründə Kipr Azərbaycana ən çox investisiya yatıran 3-cü ölkə olub.
Qeyd edək ki, ötən ilin yanvar-mart aylarında bu ölkənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 192 milyon dollar təşkil edirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!