Bu il "Jackson Hole" Simpoziumunda kimlər çıxış edəcək? | Banco.az

Bu il "Jackson Hole" Simpoziumunda kimlər çıxış edəcək?

Tamara Mustafayeva, Banco.az

Mərkəzi Bank nümayəndələri üçün ən mühüm tədbirlərdən biri hesab edilən "Jackson Hole" Simpoziumu bu gün onlayn formatda başlayacaq.

FED sədri Cerom Pauel bu il onlayn keçiriləcək iqtisadi siyasət simpoziumunun baş rolunda olacaq. Bu il Pauellə yanaşı İngiltərə Mərkəzi Bankının sədri Endryu Bailey və Avropa Mərkəzi Bankının baş iqtisadçısı Filip Leyn də çıxış edəcəklər.

Xatırladaq ki, hər il təşkil edilən və iqtisadi arenanın ən prestijli tədbirlərindən biri olan bu simpozium adətən ABŞ-ın Vayominq ştatında möhtəşəm təbiəti ilə tanınan Grand Teton Milli Parkında keçirilirdi. Bu gün başlayacaq tədbir pandemiya səbəbilə video-konfrans vasitəsilə həyata keçiriləcək.

FED-in Kanzas-Siti filialının ev sahibliyi ilə iki gün boyunca davam edəcək simpoziumun gündəm mövzuları çərşənbə axşamı açıqlanıb.

Ənənəvi olaraq bağlı qapılar arxasında keçirilən iclaslar video-konfrans formatında isə ictimaiyyətə açıq olacaq, ancaq təkcə dəvət edilmiş iştirakçılar suallarını ünvanlaya biləcək və ya ümumi müzakirə seanslarında iştirak edə biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Yaponiya Mərkəzi Bankının sədri Haruhiko Kurodanın da aralarında olduğu digər aparıcı mərkəzi bank simaları da konfransa qatılacaq.

Həmçinin oxu: Qızıl və gümüş qiymətlərinə "Jackson Hole" təsiri

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et