Qızıl və gümüş qiymətləri ucuzlaşıb | Banco.az

Qızıl və gümüş qiymətləri ucuzlaşıb

Tamara Mustafayeva, Banco.az

Qızıl "Jackson Hole Simpoziumu" ərəfəsində dəyər itkisi yaşayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, hazırda xarici birjaların diqqəti hər il mərkəzi bank üzvlərinin iştirakı ilə keçirilən "Jackson Hole Simpoziumu"-nun bu ilki iclası zamanı FED rəsmiləri tərəfindən edilə biləcək mühüm siyasi açıqlamalara yönəldiyi üçün qızıl qiymətləri geriləyib. Gümüş isə artıq dördüncü gündür ki, dəyər itkisi yaşamağa davam edir.

Belə ki, xam qızıl son üç gün ərzində dəyər itkisi yaşadıqdan sonra bir unsiyası 1,918.18 dollara geriləyərək bu qiymət enişini dördüncü günə keçirib.

Digər qiymətli metallardan biri olan xam gümüş isə 0.6% geriləyərək bir unsiyası 26.3717 dollara düşüb və bu qiymət enişi də dördüncü günə keçib.

Ən sərfəli kredit üçün müraciət et

Platinin qiyməti 0.3% geriləyərkən, palladium 0.1% dəyər qazanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et