Bu il ərzaq inflyasiyası hansı ölkələrdə daha yüksək olacaq? | Banco.az

Bu il ərzaq inflyasiyası hansı ölkələrdə daha yüksək olacaq?

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ildə ərzaq inflyasiyasının qlobal səviyyədə orta hesabla 3.2% olacağı proqnozlaşdırılsa da, bu artım ölkələr üzrə bərabər paylanmayacaq və bəzi ölkələr digərlərinə nisbətən daha ciddi qiymət təzyiqləri ilə üzləşəcək.

Türkiyə (25,1%), İran (55,9%) kimi ölkələrdə ərzaq qiymətlərində daha kəskin artımların müşahidə olunacağı ehtimal edilir. Bu ölkələrdə inflyasiyaya təsir edən əsas amillər arasında idxaldan asılılıq, milli valyutanın zəifləməsi və enerji xərclərinin artması ön plana çıxır.

Latın Amerikasında isə Argentinada (33,2%) ərzaq inflyasiyasının nisbətən yüksək qalacağı gözlənilir. Argentina uzunmüddətli inflyasiya problemləri səbəbindən daha həssas ölkələrdən biri hesab olunur.

ABŞ və Kanada (6,1%) üçün ərzaq qiymətlərində artımın davam edəcəyi, lakin bunun daha mülayim səviyyədə olacağı proqnozlaşdırılır. Eyni vəziyyət Avropa və Mərkəzi Asiyada da müşahidə olunur. Bu regionda Almaniya (1,8%), Fransa(1,6%), Böyük Britaniya (4,5%) kimi ölkələrdə inflyasiya artımı olsa da digər ölkələrlə müqayisədə daha aşağı səviyyədə qalacaq.

Daha aşağı inflyasiya gözlənilən regionlara daxil olan ölkələr arasında Hindistan, Pakistan, İndoneziya, Vyetnam və Çin yer alır. Bu ölkələrdə ərzaq bazarının daha stabil olması və daxili istehsal imkanlarının nisbətən güclü olması qiymət artımını məhdudlaşdıran əsas faktorlar kimi qiymətləndirilir.

Nigeriya, Keniya kimi ölkələrdə orta səviyyəli artım gözlənilir, lakin burada da ölkələr arasında fərqlər qalmaqdadır.

Ümumilikdə, 2026-cı ildə ərzaq inflyasiyası ölkədən ölkəyə ciddi şəkildə dəyişəcək. Bəzi ölkələrdə iki rəqəmli artımlar mümkün olduğu halda, digərlərində qiymətlər nisbətən sabit qalacaq. Bu isə bir daha göstərir ki, ərzaq inflyasiyası qlobal deyil, əsasən regional və milli iqtisadi şərtlərlə müəyyən olunan bir prosesdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram