Bu il ən çox sərvət itirən şəxsin adı BƏLLİ OLDU | Banco.az

Bu il ən çox sərvət itirən şəxsin adı BƏLLİ OLDU

Tamara Mustafayeva, Banco.az

Bu il sərvətindən ən çox sərvət itirən şəxs Çinli e-ticarət nəhənginin təsisçisi olub.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Çinin e-ticarət platforması "Pinduoduo"nun təsisçisi Colin Huang bu il dünyada sərvəti ən çox azalan milyonçu olub.

Bloomberg Milyarderlər İndeksinə görə, Çin hökumətinin internet nəhənglərinə qarşı tətbiq etdiyi məhdudiyyətlər "Pinduoduo" şirkətinin səhmlərinin ucuzlaşmasına səbəb olub ki, bu da, öz növbəsində şirkətin təsisçisi Huang-ın 27 milyon dollardan çox sərvət itirməsinə gətirib çıxarıb.

2015-ci ildə əsası qoyulan və qısa müddət ərzində e-ticarət nəhənginə çevrilmiş şirkətin səhmləri bu il "Alibaba Group" və "Tencent" səhmlərindən də çox ucuzlaşıb. Belə ki, ABŞ birjalarında "Pinduoduo" şirkətinin səhmləri bu il 44% geriləyərkən rəqibi "Alibaba"nın səhmləri isə 33% ucuzlaşıb. Honkonq birjasında icra edilən "Tencent" səhmləri isə ilin əvvəlindən bu vaxtadək 18% dəyər itirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et