Bankın inkişafını göstərən əsas amillərdən biri kimi filial şəbəkəsinin genişlənməsini göstərmək olar. Azərbaycan Mərkəzi Bankının 2014-cü ilin II rübünün hesabatlarına görə ölkədə 726 bank filialı fəaliyyət göstərir ki, onlardan da 690-ı özəl bankların payına düşür. İl ərzində 26 bank filialı və 9 bank şöbəsi açılmışdır.
Filial şəbəkəsini sürətlə genişləndirən Muğanbankın Bakı şəhərində 21 filialı, regionlarda isə 19 filialı fəaliyyət göstərir. Qeyd edək ki, 2014-cü ilin II yarısında Muğanbankın ölkə üzrə 12 yeni filialı fəaliyyətə başlamışdır. Belə ki, bankın Bakı şəhərində “VİP” filialı,Şəki, Zaqatala, Şirvan, Şəmkir, Salyan, Xaçmaz, Qazax, Şamaxı, Ağcəbədi, Saatlı və Bərdə şəhərlərində isə 11 yeni filialı açılmışdır.
Bununla da hal-hazırda Bankın ölkə ərazisində 38 filialı və 7 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.
Bankın filialların sayını artırmaqda məqsədi:
- regional müştəri bazasını genişləndirir
- fəaliyyəti bölgələrlə bağlı olan korporativ müştərilərə kompleks xidmət təklif edir
- bankın sərmayə baxımından cəlediciliyini artırır
- xidmətlərin mərkəzdən regionlara desentralizasiyasını həyata keçirir
- regionların sosial-iqtisadi inkişafı proqramında iştirak edir
- müştəriyə yaxın olmaqla, ona operativ və keyfiyyətli xidmət təklif edir
Muğanbankın 2014-cu ilin iyul ayının hesabatlarına istinadən bankın aktivləri 364 670 min manat olmuşdur ki, bu da I rüblə (343894 min) müqayisə 6% artım deməkdir. Bankın kredit portfeli isə 7% artaraq 261 199 min manata bərabər olmuşdur. Digər bir əhəmiyyətli nüans, bankın nizamnamə kapitalının artması ilə bağlıdır. Belə ki, Muğanbank nizamnamə kapitalını 41,3 mln manatdan 45,3 mln manata artıra bilmişdir.