Bu il əhalinin gəlirləri 7%-dən çox artıb | Banco.az

Bu il əhalinin gəlirləri 7%-dən çox artıb

Bu ilin yanvar-may aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,3% artaraq 18613,9 mln. manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 1917,5 manat təşkil edib.

Dövlət Statistik Komitəsindən verilən məlumata görə, bu dövr ərzində gəlirlərin 86,7%-i son istehlak xərclərinə, 8,5%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,0%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 2,8%-i isə yığıma yönəldilib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 17025,0 mln. manatlıq vəsait qalıb.

Mənbə: Apa.az