“2022-ci ildə reseptlə yazılan dərmanların icbari tibbi sığorta hesabına qarşılanması nəzərdə tutulmayıb”.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova "Özəl tibb müəssisələrinə göndərişlərin verilməsi qaydaları" mövzusunda çıxışında deyib. O bildirib ki, təcili və təxirəsalınmaz yardım zamanı bütün dərman preparatları sığorta hesabına qarşılanır: “Stasionar yatışda da bütün dərmanlar icbari tibbi sığorta çərçivəsində qarşılanmır. Ambulator şəraitdə kiçik müdaxilələr olarsa, bu zaman da tibbi sərflər sığorta tərəfindən qarşılanır”.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!