Bu il dəmir yolu nəqliyyatı ilə nə qədər sərnişin daşınıb? | Banco.az

Bu il dəmir yolu nəqliyyatı ilə nə qədər sərnişin daşınıb?

Müəllif - Şəbnəm Mehdizadə, Banco.az

 

2022-ci ilin yanvar-noyabr aylarında dəmir yolu nəqliyyatı ilə  daşınan sərnişin sayı  4534,8 min nəfər olub.

Banco.az xəbər verir ki, hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 17  milyon ton yük daşınıb.

Beləliklə 2021-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 25,8 faiz, sərnişin daşınmasında isə 85,4 faiz artım qeydə alınıb.

Qeyd edək ki, sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,9 min ton, Qərb istiqaməti üzrə 3,7 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et