Bu il azərbaycanlılar daha çox hansı ölkəyə səfər edib? | Banco.az

Bu il azərbaycanlılar daha çox hansı ölkəyə səfər edib?

Müəllif - Şəbnəm Mehdizadə, Banco.az

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1215,5 min nəfər olub.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 1,6 dəfə çoxdur.

Ölkə vətəndaşlarının 46,7 faizi Türkiyəyə, 17,9 faizi Rusiyaya, 11,0 faizi İrana, 8,7 faizi Gürcüstana, 15,7 faizi digər ölkələrə səfər edib.

Gedənlərin 64,3 faizini kişilər, 35,7 faizini qadınlar təşkil edib.      

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et