Bu il Azərbaycanın Türkiyəyə qeyri-neft sektoru üzrə ixracı 16% artıb | Banco.az

Bu il Azərbaycanın Türkiyəyə qeyri-neft sektoru üzrə ixracı 16% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan cari ilin yanvar-oktyabr aylarıda Türkiyəyə 675 milyon 903 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 93,5 milyon dollar və ya 16% çoxdur.

Ötən ilin eyni dövründə Türkiyəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 582,5 milyon dollar təşkil edib. 

Hesabat dövründə Türkiyə Azərbaycanın ikinci əsas qeyri-neft idxalçısı olub.

Qeyd edək ki, Azərbaycanın ən böyük qeyri-neft idxalçısı isə Rusiyadır (881,4 milyon dollar). 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram