Bu il Azərbaycanın neft ixracı 2% artıb | Banco.az

Bu il Azərbaycanın neft ixracı 2% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-sentyabr aylarında 12 milyard 128 milyon 399 min ABŞ dolları dəyərində 19 milyon 876 min ton neft ixrac edib.

Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Azərbaycanın neft ixracından gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,6% azalıb, neftin həcmi isə 1,8% artıb. 

Qeyd edək ki, bu dövrdə neft ixracının ölkənin ümumi ixracında payı 45,79% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et