Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin birinci yarısında Almaniyaya 372 milyon 451 min dollar dəyərində mal ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 100,1 milyon dollar və ya 36,7% çoxdur.
Hesabat dövründə Almaniyadan idxal isə 482 milyon 652 min dollar bərabər olub ki, bu da 2022-ci ilin yanvar-iyun aylarına nisbətdə 201,4 milyon dollar və ya 71,6% çoxdur.
Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 855 milyon 103 min dollar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!