Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar-iyun aylarında Azərbaycandan xaricə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 22.4% daha çox (12 270) aviareys təşkil olunub.
Banco.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, cari ilin birinci yarısında ölkədən ən çox reys Rusiyaya (3 624) istiqamətində olub.
İkinci yerdə Türkiyə (2 620), üçüncü yerdə isə 1 522 reyslə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qərarlaşıb.
Xatırladaq ki, ötən ilin eyni dövründə Rusiyaya təşkil edilmiş reyslərin sayı 3 238, Türkiyəyə 2 406, Birləşmiş Ərəb Əmirliklərinə isə 1 088 olub.
Bizi sosial şəbəkələrdən izləyin!!