Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda cari ilin yanvar-aprel aylarında mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 1 026,3 kiloqramı qızılın, 1 372,0 kiloqramı isə gümüşün payına düşüb.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, qızıl istehsalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 71,2%, gümüş istehsalı isə 21,9% artıb.
Mayın 1-nə olan vəziyyətə əsasən, ölkədə 64,5 kiloqram hazır qızıl, 579,1 kiloqram hazır gümüş ehtiyatı var.
Bizi sosial şəbəkələrdən izləyin!!