Bu il Azərbaycanda benzin və dizel istehsalı artıb | Banco.az

Bu il Azərbaycanda benzin və dizel istehsalı artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 715,3 min ton həcmində avtomobil benzini istehsal edilib.

 Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,1 % çoxdur.

Ümumilikdə, bu ilin ilk yarım ilində Azərbaycanda neft məhsullarının istehsalın ümumi dəyəri 2 milyard 459,4 milyon manat təşkil edib. Bu, 2023-cü ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 1,9 % çoxdur.

Bu ilin ilk 6 ayında ölkədə 1 milyon 157,8 min ton dizel yanacağı istehsal edilib ki, bu da ötən ilin yanvar-iyun aylarının göstəriciləri ilə müqayisədə 0,3 % çoxdur.

Hesabat dövründə 32,8 min ton sürtkü yağları, 115 min ton neft bitumu istehsal edilib. Ötən ilin ilk 6 ayı ərzində Azərbaycanda sürtkü yağlarının istehsalı 4,8 %, neft bitumunun istehsalı isə 3,3 % artıb.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin, ilin yanvar-iyun aylarında ölkədə 93,7 min ton maye qazlar, 312,2 min ton ağ neft, 111,1 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda maye qazların istehsalı 23,3 %, neft koksunun istehsalı 11,5 % azalıbBu müddət ərzində ölkədə ağ neftin istehsalı 10,2 % artıb.

Bu ilin ilk yarım ili ərzində Azərbaycanda 1 min ton mazut istehsal edilib ki, bu da illik müqayisədə 75 % azdır.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Ən sərfəli krediti almaq üçün müraciət et