Bu il Azərbaycanda bankların xalis mənfəəti 1 milyard manatı ötüb | Banco.az

Bu il Azərbaycanda bankların xalis mənfəəti 1 milyard manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bankları 2025-ci ilin yanvar-noyabr aylarında 1,058.9 mln. manat xalis mənfəət, 1,651.6 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların xalis mənfəəti 9,6%, əməliyyat mənfəəti isə 7,5% artıb.

Məlumata görə, cari ilin 11 ayında banklar tərəfindən 265.5  mln. manat (14,3% çox) məbləğində mənfəət vergisi ödənilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram