Bu il Azərbaycanda 700 km-ə yaxın yol yenilənib | Banco.az

Bu il Azərbaycanda 700 km-ə yaxın yol yenilənib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda uzunluğu 686,3 km olan avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.

“Azəravtoyol” ASC-yə istinadən xəbər verilir ki, bunun 85,7 km-i respublika əhəmiyyətli, 522,4 km-i yerli əhəmiyyətli, 78,2 km-i isə Bakı şəhərinin yollarıdır.

Doqquz ay ərzində ümumi isifadədə olan avtomobil yollarında və paytaxtda 12 ədəd yeni körpü tikilib, 10 ədədi isə təmir edilib, 4 ədəd piyada keçidi tikilib.

Cəmiyyət ümumilikdə 1 165,5 min ton asfalt-beton istehsal edib, 64,1 min ton bitum və 7,2 min ton mazut istifadə edib.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə Prezident İlham Əliyevin iştirakı ilə layihəsi başa çatdırılmış obyektlərdən 20 avtomobil yolu və 1 körpünün açılış mərasimi keçirilib. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et