Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin birinci yarısında Azərbaycanın Türkiyəyə neft ixracı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,3 dəfə artıb.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ixrac edilən neftin həcmi 957 min 895 ton təşkil edib.
Bu müddət ərzində ölkədən ixrac etdiyi neftin dəyəri isə 548,9 milyon dollar olub. Bu da illik müqayisədə 4,5 dəfə və ya 428,8 milyon dollar çoxdur.
Hesabat dövründə Türkiyə Azərbaycandan ən çox neft idxal edən 5-ci ölkə olub.
Bizi sosial şəbəkələrdən izləyin!!