Bu il Azərbaycan ərazisindən daşınan yüklərin həcmi açıqlanıb | Banco.az

Bu il Azərbaycan ərazisindən daşınan yüklərin həcmi açıqlanıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 7 milyon 980,6 min ton, yük dövriyyəsi isə 3 milyard 233,8 milyon ton-km olub.

Bu barədə  Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,3 % və 9 % artım müşahidə olunub.

Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 3 milyon 763,3 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 1 milyon 966,9 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 2 milyon 432,1 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 1 milyon 698,9 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 86,3 min ton təşkil edib.

Yüklərin 3 milyon 607,4 min tonu və ya 45,2 %-i dəmir yolu nəqliyyatı, 2 milyon 527,5 min tonu və ya 31,7 %-i avtomobil nəqliyyatı, 1 milyon 845,7 min tonu və ya 23,1 %-i dəniz nəqliyyatı ilə daşınıb.

Ən sərfəli kredit üçün müraciət et

Nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 60,2 %-ini və ya 4 milyon 808 min tonunu tranzit yüklər təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et