Bu il Azərbaycan 14 milyon tondan çox neft ixrac edib | Banco.az

Bu il Azərbaycan 14 milyon tondan çox neft ixrac edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-iyul aylarında 9 milyard 225 milyon 936 min ABŞ dolları dəyərində 14 milyon 696 min ton neft ixrac edib. 

Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. 

Azərbaycanın neft ixracından gəlirləri 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3%, neftin həcmi isə 5,4% azalıb.

Qeyd edək ki, bu dövrdə neft ixracının ölkənin ümumi ixracında payı 57,31% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram