“Bu il abonentlərin 77 %-i aşağı qaz istifadəsi limitini keçməyib” | Banco.az

“Bu il abonentlərin 77 %-i aşağı qaz istifadəsi limitini keçməyib”

Bu ilin yanvar-aprel aylarında əhali sektorunda təbii qazla təmin olunan 1 milyon 932 min 299 abonent, yəni ümumilikdə abonentləin 77,5 %-i 12 qəpik tarifi ilə qaz istifadəsi limitini keçməyib.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

Onun sözlərinə görə, ötən 4 ay ərzində 514 min 780 abonent, yəni ümumi abonentlərin 20,6 %-i 20 qəpik, 47 min 353 abonent isə (abonentləin 1,9%-i) 25 qəpik tarifi ilə qaz istifadə ediblər.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et