Bu həftə qlobal bazarlarda intensiv məlumat axını izləniləcək | Banco.az

Bu həftə qlobal bazarlarda intensiv məlumat axını izləniləcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bu həftə qlobal bazarların diqqəti ABŞ-ın inflyasiya göstəriciləri başda olmaqla bir çox gündəm mövzusuna yönəlib.

Banco.az xəbər verir ki, qlobal fond birjaları ABŞ-da artmaqda olan tənəzzül narahatlıqları və pul siyasətləri ilə bağlı qeyri-müəyyənliyin ön plana çıxdığı ötən həftəni geridə qoyarkən yeni iş həftəsində daha mühüm göstəriciləri izləyəcəklər.

ABŞ-da həftə ərzində açıqlanan əmək bazarı məlumatları aktiv qiymətlərinə təsir etsə də, OPEC+ ölkələrinin əvvəlki həftə neft tədarükünü azaltmaq qərarı da bazarlarda qiymət qoyuluşunu çətinləşdirib.

Qeyd edək ki, ABŞ-da açıqlanan məlumatlara görə, mart ayında kənd təsərrüfatı istisna olmaqla məşğulluq gözləntilərə uyğun olaraq 236 min nəfər olaraq reallaşarkən, işsizlik nisbəti 3,6 faizdən 3,5 faizə geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et