Bu həftə 5 vacib iqtisadi xəbər açıqlanacaq | Banco.az

Bu həftə 5 vacib iqtisadi xəbər açıqlanacaq

Bu həftə qlobal maliyyə bazarlarında 5 vacib iqtisadi xəbər gözlənilir.

1. Sentyabr ayının 1-də ABŞ-da məşğulluq göstəricisi açıqlanacaq. Analitiklərin proqnozlarına görə, kənd təsərrüfatı sektoru istisna olmaqla, avqust ayında yeni iş yerlərinin sayının 183 min nəfər artması gözlənilir. Bununla yanaşı, sentyabrın 1-də açıqlanacaq işsizlik göstəricisinin iyul ayı səviyyəsində, yəni 4,3%-də qalması ehtimal edilir. Əsas diqqət isə ABŞ-da 1 saatlıq əmək haqqı məbləğinin artımına yönələcək. Analitiklər avqustda bu göstəricinin 0,2% artacağını proqnozlaşdırırlar. Qeyd edək ki, iyulda həmin göstərici 0,3% artıb. Avqust ayında əmək haqları proqnozları üstələyərsə, bu durumda FED-in il sonuna qədər faizləri artırması ehtimalları güclənər və bu, dolların möhkəmlənməsinə gətirib çıxarar.

2. Həftənin ikinci önəmli iqtisadi xəbəri ABŞ-da II rüb ÜDM-in son variantının açıqlanması olacaq. Göstəricinin ilkin variant olan 2,6%-i üstələməsi və 2,7% olması gözlənilir. Həmçinin, bu həftə ABŞ-da fiziki şəxslərin gəlir və xərcləri, şəxsi istehlak xərclərinin baza indeksi, istehsal sektorunda işgüzar fəallıq indeksi, istehlakçıların inam indeksi və avtomobil satışı göstəriciləri açıqlanacaq.

Ən sərfəli kredit üçün müraciət et

3. Avqustun 29-da avrozona iqtisadiyyatının avqust ayı üzrə inflyasiya göstəricisi açıqlanacaq. Göstəricinin 1,4% olması ehtimal edilir ki, bu da iyul ayında olan 1,3% artım göstəricisindən bir qədər çox, lakin hədəf 2%-dən aşağıdır.

4. Böyük Britaniyada sentyabrın 1-də istehsal sektorunun fəallıq hesabatı açıqlanacaq. Analitiklər bu göstəricinin cüzi azalaraq 55 bənd təşkil edəcəyini ehtimal edirlər.

5. Avqustun 31-də Çində istehsal sektorunun işğüzar fəallıq indeksi açıqlanacaq. Bu göstəricinin bir qədər azalaraq 51,3 bənd təşkil edəcəyi gözlənilir.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et