Bu hava yolu şirkəti ekonom sinif sərnişinlərinə yataqlı oturacaqlar təklif edir | Banco.az

Bu hava yolu şirkəti ekonom sinif sərnişinlərinə yataqlı oturacaqlar təklif edir

Tamara Mustafayeva, Banco.az

Xüsusilə pandemiya dövründə bəlkə də, ilk dəfə təyyarə səfəri zamanı sosial məsafəli özümüzə məxsus bir sahənin olmasının böyük əhəmiyyət kəsb etməsinə dair fikir formalaşmağa başladı. Bəs bunun üçün ekonom sinif oturacaqlara əlavə ödəniş edərikmi? Avropanın ən böyük hava yolu şirkəti olan Lufthansa sərnişinlərin bu əlavə ödənişi edəcəyinə ümid edərək "Sleeper’s Row" xidmətini elan edib. Sözügedən xidmət sərnişinlərə daha münasib qiymətə və daha rahat formada ekonom sinif uçuşdan faydalanmağa imkan yaradır. 

Ekonom sinif üzrə səyahət edən sərnişinlərin yanlarındakı digər bir və ya iki oturacağı da satın alaraq yata bilmələrinə imkan yaradan bu layihə çərçivəsində sərnişinlərin rahatlığını ən yüksək səviyyəyə çatdırmaq üçün yorğan, yastıq və divan döşəkçəsi kimi əşyalar da təmin edilir və onlara biznes sinif səfərlərində olduğu kimi minik prioriteti imkanı yaradılır.

18 noyabr tarixindən etibarən Almaniyanın Frankfurt şəhərindən Braziliyanın San-Paulu şəhərinə həyata keçirilən uçuşlar əsnasında təqdim edilən bu xidmət dekabr ayının ortalarınadək sınaqdan keçiriləcək. İstifadəçilər arzu etdikləri təqdirdə standart bilet qiymətindən əlavə 260 dollar ödəməklə bu xidməti hava limanında, qeydiyyat zamanı və ya qapıda plastik kart vasitəsilə ödəniş etməklə ala biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Ekonom sinif sərnişinləri üçün daha rahat oturacaq dizayn edildi

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et