Tamara Mustafayeva, Banco.az
Mərkəzi ofisi İrlandiyanın paytaxtı Dublin şəhərində yerləşən Ryanair hava yolu şirkətinin yeni növ koronavirus pandemiyası ilə mübarizə çərçivəsində tətbiq edilmiş səyahət məhdudiyyətləri səbəbilə 2020-ci ildə 1 milyard dollardan çox zərərə uğradığı proqnozlaşdırılır.
Banco.az xarici mətbuata istinadla bildirir ki, şirkətdən edilən açıqlamaya görə, 2020-ci ilin oktyabr, noyabr və dekabr aylarında aviareyslərin sayı 78% azalıb. Sözügedən açıqlamada şirkətin ötən ilin aprel ayında başlayan və bu ilin mart ayında başa çatacaq 2020 maliyyə ilində 850 milyon avro (1.03 milyard dollar) ilə 950 milyon avro aralığında zərərə uğradığının ehtimal edildiyi qeyd edilib.
Ryanair hava yolu şirkəti həmçinin bildirib ki, sözügedən dövrü əhatə edən maliyyə ili şirkətin axırıncı 35 illik tarixi boyunca ən çətin il olub.
Bizi sosial şəbəkələrdən izləyin!!