Müəllif: Gülbəniz Hüseynli /Banco.az
Artıq qış mövsümünə hazırlıqla bağlı “Azəristiliktəchizat” ASC əhali istehlakçı qrupu ilə müqavilələrin bağlanılmasına da başlayıb.
Müqavilələrin bağlanmayacağı təqdirdə mənzillərə istilik verilməsi ilə bağlı yarana biləcək problemlərə aydınlıq gətirən “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı Banco.az-a bildirdi ki, məqsəd əhali istehlakçı qrupunun maraqlarını qorumaqdır:
“Artıq 180 mindən artıq mənzil mərkəzləşdirilmiş qaydada isidilir. Hesab edirik ki, mənzilinin qızdırlması üçün istilik alan və istisu təchizatı olanlar bu müqaviləni imzalayacaqlar, amma imzalamayacağı təqdirdə fərdi qaydada həmin mənzilin istiliyi və yaxud isti su təchizatı dayandırılacaq. Bu mümkün olmadıqda isə, həmin mənzildə yaşayan sakinə görə, hətta digər mənzillərin istiliyi və istisu təchizatı dayandırılmayacaq. Fərdi qaydada mümkün olmadıqda isə, ən son mərhələdə həmin mənzil sahibi məhkəməyə də verilə bilər”.
Məlumat üçün bildirək ki, "Azəristiliktəchizat"ın əməkdaşları Cəmiyyətdə işlədiyini təsdiq edən vəsiqəni təqdim etdikdən sonra müqavilə bağlanması üçün istehlakçıdan zəruri sənədləri - mənzil mülkiyyətçisinin şəxsiyyət vəsiqəsi və çıxarışın surəti təqdim etməyini xahiş edir. Müvafiq sənədlər əsasında "Azəristiliktəchizat" və istehlakçı arasında müqavilə imzalanır. Əlavə məlumatlar üçün istehlakçılar qurumun (012) 956 qısa nömrəli Qaynar Xətti ilə əlaqə saxlaya bilərlər.
Bizi sosial şəbəkələrdən izləyin!!