Bu hadisə ən varlı amerikalıların sərvətini 78 milyard dollar azaltdı | Banco.az

Bu hadisə ən varlı amerikalıların sərvətini 78 milyard dollar azaltdı

Tamara Mustafayeva, Banco.az

Fed sədri Cerom Pauelin cəmi 8 dəqiqə davam edən çıxışı ABŞ-ın ən zəngin insanlarının sərvətindən 78 milyard dolların silinməsinə gətirib çıxaran bazar çöküşünə səbəb olub.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Cerom Pauel Cekson Hol simpoziumunda etdiyi çıxışı zamanı FED-in uçot faizini artıracağını və müəyyən müddət ərzində yüksək faiz tətbiq edəcəklərini vurğulamışdı. Bununla da, səhmlərdəki sonuncu bahalaşmaya səbəb kimi göstərilən Fed tərəfindən 2023-cü ilin əvvəlində faiz dərəcələrinin aşağı salınacağına dair proqnozlar özünü doğrultmayıb.

S&P 500 birjası cümə günü 3,4 faiz dəyər itirməklə iyun ayının ortalarından bəri qeydə alınan ən kəskin geriləməyə imza atıb. "Microsoft", "Amazon", "Tesla" və "Alphabet" kimi texnologiya şirkətlərinin səhmlərinin ticarət edildiyi Nasdaq birjası isə 4 faizdən çox dəyər itirib.

Bloomberg Milyarderlər İndeksinə görə, çıxışdan sonrakı satış dalğası nəticəsində İlon Maskın sərvətindən 5,5 milyard dollar silinib. Ən böyük itki isə 6,8 milyard dollarla Ceff Bezosun payına düşüb, Bill Qeyts və Uorren Baffetin sərvəti də müvafiq olaraq 2,2 milyard və 2,7 milyard dollar azalıb. Sergey Brinin sərvəti isə 100 milyard dollardan aşağı düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et