Bu gündən Avropa Bankı rublun qəbulunu dayandıracaq | Banco.az

Bu gündən Avropa Bankı rublun qəbulunu dayandıracaq

Müəllif: Mehin Qasımova/Banco.az

2023-cü il noyabrın 1-dən daha bir Avropa bankı rubl qəbulunu dayandıracaq. 

Banco.az xəbər verir ki, bu barədə “Main Partner Trust” hüquq konsaltinq şirkətinin nümayəndələri məlumat verib.

Belə ki, İsveçrənin ən qədim özəl bankı "Pictet" Rusiya valyutasında pul köçürmələrini dayandıracaq . 

İnvestisiya xidməti bankı müştərilərə aktivlərin idarə edilməsi xidmətləri göstərir, lakin investisiya fəaliyyəti həyata keçirmir və kredit vermir.

Main Partner Trust -a görə, İsveçrə bankları hələ də Rusiyadan, o cümlədən rublla köçürmələri qəbul edən bir neçə Avropa təşkilatı arasında qalır.

Lakin bunun üçün sanksiyaya məruz qalmayan bankda açılmış hesabdan köçürmə aparılmalıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram