Bu gün Türkiyə Mərkəzi Bankının (TCMB) İyun ayı yığıncağı keçiriləcək.
Bankın İdarə Heyətinin yığıncaqda əsas pul siyasəti faizini (bir həftəlik repo faiz) 8,25%-dən 8,00%-ə azaldacağı proqnozlaşdırılır.
Türkiyə Mərkəzi Bankının faiz qərarı Bakı vaxtı ilə saat 15:00-da ictimaiyyətə açıqlanacaqdır.
Türk lirəsindəki güclənmə və inflyasiya proqnozlarının aşağı salınması Mərkəzi Bankın faiz endiriminə davam edəcəyi gözləntisini dəstəkləyir.
Türkiyə Mərkəzi Bankı May yığıncağında faizi 0,50 bənd azaldaraq 8,75%-dən 8,25%-ə endirmişdir. Türkiyə Mərkəzi Bankı ardıcıl 9 yığıncaqda faiz endirib.
marja
Bizi sosial şəbəkələrdən izləyin!!