Dünən Türkiyədə Dollar 2%-dən çox düşərək 6.2503 lirədən bağlanmışdı. Məzənnə bu gün də bu səviyyələrdə dalğalanır.
Dollar/TL bu gün ən aşağı 6.23, ən yüksək 6.28 səviyyəsini görüb.
ORTA MÜDDƏTLİ PROQRAM GÖZLƏNİR
Bu gün Türkiyədə Orta Müddətli Proqram açıqlanacaq. Proqramda ortaya qoyulacaq iqtisadi çərçivə və hədəflər bazarların hərəkəti baxımından əhəmiyyətli olacaqdır.
Proqramda 3 mühüm məsələyə baxılacaq
-Proqram inflyasiya ilə mübarizə aparacaq bir proqramdır?
-İqtidsadi artım nisbətləri necə təxmin edilir?
-Dövlət qənaəti və büdcə kəsiri necə dizayn ediləcək?
Proqram açıqlananda məzənnənin hərəkətə gələcəyi gözlənilir.
Marja.az