Bu gün nə üçün "Qara Cümə" (Black Friday) adlanır? | Banco.az

Bu gün nə üçün "Qara Cümə" (Black Friday) adlanır?

Tamara Mustafayeva, Banco.az

Dilimizə “Qara Cümə” kimi tərcümə edilən Amerika mənşəli “Black Friday” adəti artıq ölkəmizdə də son illərdə olduqca populyarlaşan və insanların səbirsizliklə gözlədiyi hadisədir. Bu il “Qara cümə”  27 noyabra təsadüf edir. Hazırda mövcud vəziyyətlə əlaqədar olaraq iri ticarət və alış-veriş mərkəzləri fəaliyyət göstərmədiyi üçün əsas üstünlük onlayn satışlara verilib ki, artıq ayın 25-dən etibarən məhsullar 50, hətta 80 faiz endirimlə müştərilərə təklif edilməyə başlanıb. 

Bəs bu günün tarixini və adını haradan götürdüyünü bilirsinizmi?

Amerikada “Şükran Günü”- dən sonrakı ilk Cümə günü məhz belə adlanır. 1932–ci ildən bəri insanlar həmin günü Yeni il üçün alış-veriş mövsümünün başlanğıcı olaraq qəbul edirlər. Bu gündə mağazalar insanlara qapılarını çox erkən açar və gec saatda bağlayar, həmçinin gözlənilməyən endirimlər həyata keçirərlər. “Black Friday” rəsmi olaraq qeyri-iş günü hesab edilmir. Kanada və İngiltərədə də “Black Friday” günü qeyd edilir və Amazon kimi onlayn alış-veriş saytları da endirimli satışlar həyata keçirirlər.

Bu alış-veriş günü ilk dəfə 1961–ci ildə qəzetlərdə Black Friday olaraq işıqlandırılmışdı. Belə ki, həmin gün Filadelfiyada alış-veriş səbəbi ilə yaranan tıxac və hətta insanların xəsarət alması ilə nəticələnən hadisələr səbəbilə bu adı almışdır.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda isə bu gün həm insanlar, həm mağazalar baxımından müsbət qarşılananan bir hadisədir.

Həmçinin oxu: "Qara Cümə" və fəsadları

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et