Bu gün iqtisadiyyat sahəsində 2019-cu il üzrə Nobel mükafatı laureatının adı açıqlanacaq | Banco.az

Bu gün iqtisadiyyat sahəsində 2019-cu il üzrə Nobel mükafatı laureatının adı açıqlanacaq

Oktyabrın 14-də Stokholmda baş tutacaq xüsusi tədbirdə 2019-cu il üzrə Alfred Nobel xatirəsinə həsr olunan, iqtisadiyyat sahəsində Nobel mükafatı laureatının adı ictimaiyyətə elan olunacaq.

Laureatı hər il İsveç Kral Elmləri Akademiyası tərəfindən seçilən mükafat iqtisadi elmlər sahəsində ən nüfuzlu mükafat hesab olunur.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd etmək lazımdır ki, digər sahələrdən fərqli olaraq iqtisadiyyat üzrə Nobel mükafatı Alfred Nobelin vəsiyyətində yer almayıb. Belə ki bu mükafat, İsveç bankının 300 illiyi münasibətilə həmin bank tərəfindən təsis olunub və ilk dəfə 1969-cu ildə verilib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et